
sizinxeber.az xəbər saytı

sizinxeber.az xəbər saytı
Qaxda güclü dolu və leysan kənd təsərrüfatına ciddi ziyan vurub - VİDEO
Qax rayonunda güclü dolu yağıb.
Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, mayın 25-i saat 18:00 radələrindən etibarən rayonda bir saatdan artıq müddətdə qeyri-sabit hava şəraiti hökm sürüb.
Təbii fəlakət əsasən Zəyəm, Tasmalı, Qarabaldır, Şotavar və Qındırğa kəndlərində müşahidə olunub. Güclü küləklə müşayiət olunan leysan yağışı və dolu xüsusilə Zəyəm kəndinə ciddi təsir göstərib.
Yerli sakinlərin bildirdiyinə görə, yağan dolu meyvə ağaclarına və həyətyanı sahələrdəki tərəvəz və bostan bitkilərinə ciddi ziyan vurub.
Leysan nəticəsində isə bir çox evlərin həyətinə və kənd daxili yollara sel suları dolub.
Oxşar xəbərlər
Qaxda güclü dolu və leysan kənd təsərrüfatına ciddi ziyan vurub
Tərtərdə dolu kənd təsərrüfatına ciddi ziyan vurub - VİDEO
Tərtərdə dolu kənd təsərrüfatına ciddi ziyan vurub
Zaqatalaya dolu yağıb - FOTO
Zaqatalaya dolu yağıb - FOTO - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
-
Minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir
-
Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub
-
Tayland turistlərə alış-verişləri kriptovalyuta ilə ödəməyə icazə verəcək
