Tovuz və Şəmkirə dolu düşüb   - FAKTİKİ HAVA
sizinxeber.az xəbər saytı

Tovuz və Şəmkirə dolu düşüb - FAKTİKİ HAVA


İyulun 24-ü saat 19:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, iyulun 24-ü saat 19:00-a olan məlumata görə əvvəlcədən xəbər verildiyi kimi, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəki, Qax (Sarıbaş), Qrız, Şahdağ, Tərtər, Qusar, Zaqatala, Xaltan, Bərdə, Zərdab, Yevlax, Goranboy, Quba, Şəmkir, Tovuz, Balakəndə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Saat 17:20 radələrində Tovuz rayonu Ağbulaq və İbrahimhacılı kəndlərinə diametri 8-10 mm, saat 16:59-17:01 radələrində isə Şəmkir rayonunda diametri 11 mm olan dolu düşüb.

Altıağac, Qrız və Şahdağda duman müşahidə olunub.

Əvvəlcədən verilmiş sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Naftalanda 18 m/s-dək güclənib.

Oxşar xəbərlər

Bəzi rayonlarda şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA
Bölgələrdə leysan yağıb, Gəncəyə dolu düşüb - FAKTİKİ HAVA
Dağlıq və dağətəyi rayonlarda leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub - FAKTİKİ HAVA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər