sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Bölgələrdə leysan yağıb, Gəncəyə dolu düşüb - FAKTİKİ HAVA
İyulun 24-ü saat 15:30-a olan məlumata görə, Daşkəsən, Gəncə, Göygöl, Şabran, Qrız, Xınalıq, Şahdağ, Qusar (Laza), Xaçmaz, Göyçay, Balakən, Şəkidə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.
Milli Hidrometeorologiya Xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, saat 15:03-15:05 radələrində Gəncə şəhəri Gülüstan qəsəbəsinə diametri 3 mm olan dolu düşüb.
Əvvəlcədən verilmiş sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 15 m/s, Goranboyda isə 19 m/s-yə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 34, Aran rayonlarında 35, dağlıq rayonlarda isə 26 dərəcəyədək isti qeydə alınıb.
Oxşar xəbərlər
Dağlıq və dağətəyi rayonlarda leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
Zaqatalaya 9 mm yağıntı düşüb - FAKTİKİ HAVA
Bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində fasilələrlə yağıntılı hava şəraiti müşahidə olunur
Bakıda və Abşeron yarımadasında külək güclənib - FAKTİKİ HAVA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













