Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub - FAKTİKİ HAVA
sizinxeber.az xəbər saytı

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub - FAKTİKİ HAVA


İyulun 21-i saat 11:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, iyulun 21-i saat 11:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub.

Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Naxçıvanda 12 mm, Şərurda 10 mm, Göygöldə 9 mm, Gədəbəydə 8 mm, Qrız, Şahdağ, Culfada 7 mm, Daşkəsəndə 6 mm, Ordubadda 5 mm, Xaltan, İsmayıllı, Şahbuzda 4 mm, Qax (Sarıbaş), Xınalıq, Altıağac, Sədərək, Yardımlı, Lənkəran, Şamaxı, Quba, Qusar, Bərdə, Tərtər, Yevlax, Göyçay, Astara, İmişli, Sabirabad, Neftçala, Biləsuvar, Xaçmaz, Şabran, Tovuz, Ağdam, Balakən, Zaqatala, Şəki, Qobustan, Gəncə, Naftalanda 3 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Lerik, Daşkəsən, Şahdağ, Qrız, Balakəndə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da 35, Aran rayonlarında 36, dağlıq rayonlarda isə 21 dərəcəyədək isti olub.

Oxşar xəbərlər

Qrıza 10 sm qar yağıb - FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dağlıq və dağətəyi rayonlarda leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dağlara qar yağıb, güclü külək əsib - FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bəzi rayonlara leysan, Şahdağa qar yağıb, Naxçıvana və Şahbuza dolu düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda və Abşeron yarımadasında sulu qar yağır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər