Zaqatalaya 9 mm yağıntı düşüb - FAKTİKİ HAVA
sizinxeber.az xəbər saytı

Zaqatalaya 9 mm yağıntı düşüb - FAKTİKİ HAVA


İyulun 24-ü saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.

Lakin gecə Böyük Qafqazın bəzi yerlərində şimşək çaxıb, qısamüddətli yağış yağıb.
Düşən yağıntının miqdarı Zaqatalada (Əlibəy) 9 mm, Şəkidə 4 mm olub.
Əvvəlcədən verilən sarı xəbərdarlığa uyğun olaraq iyulun 24-ü səhər şimal-qərb küləyi arabir Goranboyda 19 m/s, Naftalanda 18 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da 37, Aran rayonlarında 39, dağlıq rayonlarda isə 29 dərəcəyədək isti olub.

Oxşar xəbərlər

Hava şəraiti əsasən yağmursuz keçib - FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dağlıq və dağətəyi rayonlarda leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah bəzi yerlərdə yağış yağacaq - PROQNOZ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aran rayonlarında 38 dərəcə isti olub - FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər