Dağlıq ərazilərə qar yağıb, duman müşahidə olunur  - FAKTİKİ HAVA
sizinxeber.az xəbər saytı

Dağlıq ərazilərə qar yağıb, duman müşahidə olunur - FAKTİKİ HAVA


Fevralın 18-i saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.

Lakin bəzi şərq rayonlarında qısamüddətli yağıntılı olub.

Belə ki, düşən yağıntının miqdarı Astarada 3, Lənkəranda 2, Şabran, Oğuz, Qəbələ, Quba, Cəlilabadda 1 mm-dək olub.

Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Xaltan, Qusarda 1 sm-dir.

Fevralın 17-də şimal-qərb küləyi əsib, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib.

Naftalan, Şəmkir, Zaqatala, Şəki, Şamaxı, Oğuz, Qusar, Lerik, Qrız, Yevlax, Zərdab, İmişli, Cəfərxan duman müşahidə olunub. Görünüş məsafəsi 200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-da, dağlıq rayonlarda eyni zamanda Qarabağ və Şərqi Zəngəzur bölgəsində 8 dərəcəyədək şaxta qeydə alınıb.

Oxşar xəbərlər

Dağlıq rayonlarda qar yağıb - FAKTİKİ HAVA
Bəzi rayonlarında arabir yağıntı olub, güclü külək əsib - FAKTİKİ HAVA
Dağlıq rayonlara qar yağır - FAKTİKİ HAVA
Dağlıq ərazilərə qar yağıb, Bakı və Abşeronda külək güclənib - FAKTİKİ HAVA
Ölkə ərazisində yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər