Abşeron yarımadası və bəzi dağlıq rayonlara qar yağır - FAKTİKİ HAVA
Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, fevralın 8-i saat 18:00-a olan məlumata əsasən, Abşeron yarımadasının bəzi yerlərində, Kəlbəcər, Laçın, Daşkəsən, Gədəbəy, Şəki, Oğuz, Zaqatalada (Əlibəy) arabir qar yağır.
Şimal-qərb küləyi əsir. Narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Bakıda və Abşeron yarımadasında arabir 30 m/s ,sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan MR-da 18 m/s, Şirvanda 15 m/s-yə çatıb.
Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4.6 metrə çatıb.
Qax, Şəki (Kişçay), Lerik, Daşkəsən, Göygöl, Tovuz, Ağstafa, Gəncədə duman müşahidə olunur. Dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında eləcə də Naxçıvan MR-da 6 dərəcəyədək isti, dağlıq rayonlarda 3, yüksək dağlıq ərazilərdə isə 14 dərəcəyədək şaxta qeydə alınıb.
Oxşar xəbərlər
Yağıntılı və küləkli hava şəraiti davam edir, dağlıq ərazilərə qar yağır – FAKTİKİ HAVA
Dağlıq rayonlara qar yağır - Faktiki hava
Lerikdə qarın hündürlüyü 79 sm-ə çatıb - Faktiki hava
Küləkli hava şəraiti fevralın 10-dək davam edəcək - FAKTİKİ HAVA
Yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
