Qubada meteoroloji dopler radar quraşdırılıb
Quba rayonunun II Nügədi kəndi ərazisində yeni quraşdırılan meteoroloji dopler radara baxış keçirilib.
APA-nın xəbərinə görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, Erkən Xəbərdarlıq Sisteminin vacib elementi olan dopler hava radarı atmosfer proseslərini izləməyə və erkən xəbərdarlıqların hazırlanmasına imkan verəcək və 100-150 km radiusda gözlənilən dolu-leysan prosesləri ilə bağlı bir neçə saat öncədən məlumat almaq mümkün olacaq.
"Eyni zamanda, dopler radar vasitəsilə, Böyük Qafqazın cənub - şərq yamacı çaylarında baş verə biləcək sel və daşqınlar barədə erkən xəbərdarlıqlar da tərtib ediləcək”, - o deyib.
Xidmət rəisi qeyd edib ki, radar sisteminin idarə olunması fasiləsiz olaraq avtomatlaşdırılmış rejimdə həyata keçiriləcək.
Oxşar xəbərlər
Qubada yeni meteoroloji dopler radar quraşdırılıb, dolu-leysan yağacağı əvvəldən məlum olacaq
MDB ölkələrinin ümumi radar identifikasiyası sistemi “Parol” yaradılıb
Qəbələdəki yol qəzası zamanı sürücü sərxoş olub, cinayət işi açılıb - FOTO - YENİLƏNİB
Milli Hidrometeorologiya Xidməti güclü külək və sel təhlükəsi ilə bağlı əhaliyə çağırış edib
Xidmət rəisi gözlənilən hava şəraiti ilə bağlı əhaliyə çağırış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













