Milli Hidrometeorologiya Xidməti  güclü külək və sel təhlükəsi ilə bağlı əhaliyə çağırış edib
sizinxeber.az xəbər saytı

Milli Hidrometeorologiya Xidməti güclü külək və sel təhlükəsi ilə bağlı əhaliyə çağırış edib


Milli Hidrometeorologiya Xidməti tərəfindən iyulun 27-si səhərdən 29-u səhərədək ölkə ərazisinin əksər bölgələrində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Sizinxeber.az xəbər verir ki, xidmət rəisi Nazim Mahmudov sarı və narıncı xəbərdarlıqla bağlı əhaliyə müraciət edərək onları təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb: “Vətəndaşlara tövsiyə edirik ki, hava ilə bağlı xəbərdarlıqları və məlumatları diqqətlə izləsinlər, əlverişsiz hava şəraitində ehtiyatlı olsunlar, hündür ağacların altında dayanmasınlar, nəqliyyat vasitələrini irigövdəli ağacların altında saxlamasınlar, təhlükəsizlik qaydalarına ciddi əməl etsinlər”.

Xidmət rəisi bölgələrdə, xüsusilə dağlıq və dağətəyi rayonlarda gözlənilən leysan xarakterli intensiv yağıntıların yarada biləcəyi sel təhlükəsi ilə bağlı da əhalini ehtiyatlı olmağa, çayların sahilindən uzaq, təhlükəsiz yerlərdə dayanmağa, sel hadisəsi zamanı çayların yaxınlığında dayanıb prosesi izləməməyə, eyni zamanda hava haqqında verilən məlumatlara, xüsusən xəbərdarlıqlarla bağlı çağırışlara diqqət yetirməyə çağırıb.

Oxşar xəbərlər

Hava ilə bağlı əhaliyə daha bir XƏBƏRDARLIQ EDİLDİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Küləklə bağlı sarı xəbərdarlıq verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər