Qubada yeni meteoroloji dopler radar quraşdırılıb, dolu-leysan yağacağı əvvəldən məlum olacaq
Quba rayonunun II Nügədi kəndi ərazisində yeni meteoroloji dopler radar quraşdırılıb.
Bunu "Report"un Şimal bürosuna açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəis muavini Gülnarə Abbasova bildirib.
Onun sözlərinə görə, Erkən Xəbərdarlıq Sisteminin vacib elementi olan dopler hava radarı atmosfer proseslərini izləməyə, erkən xəbərdarlıqların hazırlanmağa, eyni zamanda 100-150 km radiusda gözlənilən dolu-leysan prosesləri ilə bağlı bir neçə saat öncədən məlumat almağa imkan verəcək.
"Bundan başqa, dopler radar vasitəsilə Böyük Qafqazın cənub-şərq yamacı çaylarında baş verə biləcək sel və daşqınlar barədə erkən xəbərdarlıqlar da tərtib ediləcək”, - G.Abbasova deyib.
Xidmət rəisinin muavini vurğulayıb ki, radar sisteminin idarə olunması fasiləsiz olaraq avtomatlaşdırılmış rejimdə həyata keçiriləcək.
Qeyd edək ki, Quba rayonu ərazisində yeni quraşdırılan meteoroloji dopler radarın açılış mərasimində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də iştirak edib.
Oxşar xəbərlər
Havada toz müşahidə olunur
Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur
Milli Hidrometeorologiya Xidməti vətəndaşlara müraciət edib
Hidrometeorologiya Xidməti: Tozlu hava şəraiti 2 gün ərzində davam edəcək
Bakıda və Abşeron yarımadasında tozun miqdarında artım müşahidə olunur - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














