Yanvarın son gününün hava proqnozu açıqlanıb
Yanvarın 31-ə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2-7° isti olacaq.
Oxşar xəbərlər
Sabah 33 dərəcə isti olacaq
Sabah Bakıda gecə və səhər bəzi yerlərdə yağış yağacaq - PROQNOZ
Sabah hava yağıntılı olacaq
Sabah Bakıda 26, rayonlarda 30 dərəcə isti olacaq
Sabah hava arabir tutulacaq, gecə və səhər bəzi yerlərdə çiskinli olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













