Sabah hava arabir tutulacaq, gecə və səhər bəzi yerlərdə çiskinli olacaq
sizinxeber.az xəbər saytı

Sabah hava arabir tutulacaq, gecə və səhər bəzi yerlərdə çiskinli olacaq


Yanvarın 15-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz. Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-7° isti olacaq.

Oxşar xəbərlər

Sabah dağlıq rayonlara qar yağacaq
Sabah əsasən yağmursuz keçəcək
Sabah hava dəyişkən buludlu olacaq - PROQNOZ
Sabah arabir yağış yağacaq, külək əsəcək
Bəzi yerlərdə duman olacaq, arabir yağış yağacaq - PROQNOZ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər