Sabah hava yağıntılı olacaq
Yanvarın 26-a gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə arabir çiskinli yağış yağacağı gözlənilir.
Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Əsasən şərq rayonlarında intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2-7° isti olacaq.
Oxşar xəbərlər
Sabah hava dəyişkən buludlu olacaq - PROQNOZ
Sabah arabir yağış yağacaq, külək əsəcək
Duman olacaq, külək əsəcək - SABAHIN HAVASI
Bazar günü hava dumanlı olacaq
Sabah bəzi yerlərdə arabir yağış yağacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













