Milli Konservatoriyanın yeni rektoru kollektivə təqdim edilib
Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsinə təyin edilən Kamilə Dadaş-zadə noyabrın 28-də müəssisə kollektivinə təqdim olunub.
Bu barədə Sizinxeber.az-ya Elm və Təhsil Nazirliyindən xəbər verilib.
Bildirilib ki, tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov əvvəlcə konservatoriyanın rektoru vəzifəsində çalışmış Siyavuş Kərimiyə ali təhsil müəssisəsinin uğurlu fəaliyyəti, bu günədək qazandığı nailiyyətlərdəki xüsusi əməyinə görə təşəkkür edib. Yeni təyin edilən rektor Kamilə Dadaş-zadəyə fəaliyyətində uğurlar arzulayan nazir müavini milli musiqinin inkişaf tendensiyaları nəzərə alınmaqla qarşıda duran məqsəd və vəzifələri yeni rektorun və konservatoriyanın kollektivinin diqqətinə çatdırıb.
Çıxış edən Siyavuş Kərimi Azərbaycan Milli Konservatoriyasının yaradılması tarixi və fəaliyyətinə toxunub, Kamilə Dadaş-zadəyə yeni fəaliyyətində uğurlar arzulayıb.
Sonda çıxış edən rektor Kamilə Dadaş-zadə ona göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyini, akademiyada qoyulan ənənələrə sadiq qalacağını qeyd edib.
Oxşar xəbərlər
Milli Konservatoriyanın yeni rektoru kollektivə təqdim olunub
Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib
Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin olunub
Siyavuş Kərimi Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edilib
Nazir müavini Firudin Qurbanov Yevlaxda olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”












