Leysan olacaq, çaylardan qısamüddətli daşqın və sel keçəcək
sizinxeber.az xəbər saytı

Leysan olacaq, çaylardan qısamüddətli daşqın və sel keçəcək


Milli Hidrometeorologiya Xidməti tərəfindən hava şəraiti ilə bağlı öncədən verilən xəbərdarlığa əsasən noyabrın 3-ü axşamdan başlayaraq 4-ü axşamadək Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qazax-Gəncə, Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Mərkəzi Aran, Qarabağ, Şərqi-Zəngəzur və Lənkəran-Astara bölgələrində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Sizinxeber.az-nın xəbərinə görə, bunu Xidmətin rəis müavini Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, sözügedən bölgələrin bəzi yerlərində yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda yağışın qara keçəcəyi ehtimalı var.

Xidmət rəsmisinin sözlərinə görə, çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Oxşar xəbərlər

Yağış yağacaq, temperatur 7-10 dərəcə aşağı enəcək -
Yağış yağacaq, temperatur 7-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
Bakıda yağış yağacaq, leysan olacaq, temperatur 4-6 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bəzi çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, leysan və qar yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər