Bəzi çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
sizinxeber.az xəbər saytı

Bəzi çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ


Bakıda və Abşeron yarımadasında iyulun 24-ü axşamdan 25-i axşamadək bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli intensiv olacağı ehtimalı var. Azərbaycanın rayonlarında iyulun 24-ü gündüz dağlıq ərazilərdən başlayaraq 26-sı axşamadək bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Gəncə-Qazax, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, eləcə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Oxşar xəbərlər

Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Leysan yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yağıntılı hava davam edəcək, dağlıq rayonlara qar yağacaq - XƏBƏRDARLIQ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah intensiv yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər