Yeni ildə qar yağmayacaq - Bayram gününün hava proqnozu
Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, dekabrın 31-də Bakıda və Abşeron yarımadasında havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi üstünlük təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında yanvarın 1-də gecə və səhər arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu gecə 5-9, gündüz 11-16 dərəcə isti olacaq.
Qarabağ və Şərqi Zəngəzurda 31 dekabrda havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12°, bəzi yerlərdə 16° isti olacaq.
Balakən-Şəki bölgəsində dekabrın 31-də havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi gündüz arabir 15-18 m/s. olacaq. Havanın temperaturu gecə 0-5, gündüz 11-16 isti olacaq. Dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq.
Lənkəran-Astara bölgəsində dekabrın 31-də havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın tempraturu 3-8, gündüz 11-16 dərəcə isti olacaq. Dağlarda gecə 0-3, gündüz 6-11 dərəcə isti olacaq.
Mərkəzi Aran bölgəsində 31 dekabrda havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3 dərəcəyədək isti, gündüz 13-18° isti olacaq.
Qazax-Gəncə bölgəsində 31 dekabrda havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi gündüz arabir 15-18 m/s olacaq. Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti olacaq.
Naxçıvan Muxtar Respublikasında 31 dekabrda havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 11-16° isti olacaq.
Oxşar xəbərlər
Sabahın hava proqnozu [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabahın hava proqnozu: dağlarda 10° şaxta olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah bəzi yerlərdə yağış və qar yağacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah hava necə olacaq? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Külək güclənib, bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












