Avqustun ilk günü paytaxtda 32, bölgələrdə 35 dərəcə isti olacaq
sizinxeber.az xəbər saytı

Avqustun ilk günü paytaxtda 32, bölgələrdə 35 dərəcə isti olacaq


Avqustun 1-də gözlənilən hava şəraiti açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin iyulun 31-dən avqustun 01-nə keçən gecə bəzi şəhərətrafı ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti olacaq.

Oxşar xəbərlər

Sabah paytaxtda hava yağmursuz keçəcək, külək güclənəcək - PROQNOZ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bazar günü bəzi yerlərdə yağış yağacaq, dolu düşəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah bəzi yerlərdə arabir yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şənbə günü leysan yağacaq, dolu düşəcək - PROQNOZ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın bəzi rayonlarında leysan yağacaq, şimşək çaxacaq dolu düşəcək - PROQNOZ [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər