Gəncədə metaləritmə müəssisəsinin fəaliyyəti dayandırılıb
sizinxeber.az xəbər saytı

Gəncədə metaləritmə müəssisəsinin fəaliyyəti dayandırılıb


Gəncədə metaləritmə müəssisəsində nöqsanlar aşkarlanıb, fəaliyyəti dayandırılıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Gəncə şəhəri, Zülfü Hacıyev küçəsi, 46 ünvanında yerləşən metaləritmə müəssisəsində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

Bildirilib ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud qurğular isə nasazdır. Eyni zamanda elektrik təsərrüfatı qurğuları tələblərə uyğun quraşdırılmayıb və obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib.

Qurumun məlumatına görə, obyektin ərazisində tikililərin və qurğuların yanğına qarşı ara məsafələri dəmir və yanar materiallar yığılmaqla pozulur və ümumilikdə obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Bu səbəbbdən yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş metaləritmə müəssisəsinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

Gəncədə metaləritmə müəssisəsinin fəaliyyəti dayandırılıb

Oxşar xəbərlər

Xaçmazda yanğın təhlükəli avtotəmir sexinin fəaliyyəti dayandırılıb
Bakıda yanğın təhlükəli mebel sexinin fəaliyyəti dayandırılıb
Şabranda oteldə yanğın təhlükəsizliyi ilə bağlı nöqsanlar aşkarlanıb - VİDEO
Mingəçevirdə rezin məmulatlarının istehsal müəssisəsinin fəaliyyəti dayandırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər