Salyanda yol qəzası olub, ölən və xəsarət alanlar var
sizinxeber.az xəbər saytı

Salyanda yol qəzası olub, ölən və xəsarət alanlar var


Salyanda bir nəfərin ölümü, daha iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Sizinxeber.az"un Aran bürosunun məlumatına görə, hadisə Yeni Ələt-astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınınb. Belə ki, "Opel" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində Sumqayıt şəhər sakinləri; 1956-cı il təvəllüdlü Paşayeva Valiyə Abdulla qızı, 1980-ci il təvəllüdlü Paşayev Anar Natiq oğlu və 2012-ci il təvəllüdlü Paşayev Mirməhəmməd Anar oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan biri - V.Paşayeva yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Salyanda avtomobil aşıb, bir ailənin 6 üzvü xəsarət alıb
Salyanda avtomobil aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Salyanda avtomobil aşıb, xəsarət alan var
Salyanda yol qəzası olub, xəsarət alanlar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər