Astarada qayınanasının qətlində təqsirləndirilən 22 yaşlı qadına hökm oxunub
sizinxeber.az xəbər saytı

Astarada qayınanasının qətlində təqsirləndirilən 22 yaşlı qadına hökm oxunub


Astara rayonunun Kolatan kəndində qayınanası Xalidə Manafovanı qətlə yetirməkdə təqsirləndirilən 2004-cü il təvəllüdlü Rufanə İmanova 10 il müddətə azadlıqdan məhrum edilib.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, Rufanə İmanova cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə 2025-ci ilin iyul ayında baş verib.

İttihama görə, Rufanə İmanova ilə qayınanası Xalidə Manafova arasında şəxsi münasibətlər zəmnində bir neçə dəfə mübahisə yaşanıb. Onlar arasında baş verən sonuncu mübahisə zamanı Rufanə İmanova Xalidə Manafovaya mətbəx bıçağı ilə 9 dəfə zərbə endirməkdə təqsirləndirilib.

Rufanə İmanova özünün məhkəmədə təqsirli hesab edib. O, iki az yaşlı övladının olduğunu söyləyib. R.İmanova bildirib ki, qayınanası Xalidə Manafova ilə arasında dəfələrlə mübahisələr yaşanıb, bu mübahisələr zamanı qayınanası onu təhqir edib.

R. İmanova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirli bilinir.

Oxşar xəbərlər

Astarada 21 yaşlı gəlin qayınanasını qətlə yetirib
Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Arvadını baltalamaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Gəncədə bacısını müğənni olduğu üçün qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər