Afiyəddin Cəlilovun qeyri-etik videolar çəkən nəvəsi xəstəxanadan NİYƏ BURAXILIB? - AÇIQLAMA - VİDEO
sizinxeber.az xəbər saytı

Afiyəddin Cəlilovun qeyri-etik videolar çəkən nəvəsi xəstəxanadan NİYƏ BURAXILIB? - AÇIQLAMA - VİDEO




Afiyəddin Cəlilovun sosial şəbəkələrdə çəkdiyi qeyri-etik videolarla gündəmə gələn nəvəsi yenidən müzakirə mövzusu olub. Əli-Afiyəddin Türkiyədə eyni hərəkətləri təkrarlayaraq ətrafındakı insanları narahat edib.
 
O, son dəfə Azərbaycanda yaşlı qadını qucağına alıb silkələyərək buraxdığını əks etdirən video paylaşandan sonra izləyicilər tərəfindən tənqid edildiyi üçün Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi. Lakin bir müddət sonra başqa ölkədə eyni hərəkətləri təkrarladığına şahid olduq.
 
Bəs maraqlıdır, Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan buraxılmasına səbəb nə olub?
 
BAKU.WS xəbər verir ki, Oxu.Az məsələ ilə bağlı Respublika Psixiatriya Xəstəxanasına sorğu ünvanlayıb.
 
Sorğumuza cavab olaraq bildirilib ki, qeyd edilən şəxs xəstəxanaya cari ilin fevral ayının 1-də yerləşdirilib:
 
"12 günlük müalicədən sonra vəziyyəti yaxşılaşdığı üçün valideynlərinin ərizəsi ilə evə yazılıb".
 
Qeyd edək ki, Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olan mərhum Afiyəddin Cəlilovun nəvəsi, 2009-cu il təvəllüdlü Əli-Afiyəddin məktəblidir. O, metroda, avtobusda, küçədə, liftdə qeyri-adekvat hərəkətlər edərək videolarını paylaşıb.
BAKU.WS
VİDEO

Oxşar xəbərlər

Psixiatriya xəstəxanasına yerləşdirilən Afiyəddin Cəlilovun nəvəsindən yenidən qeyri-etik PAYLAŞIM [xfgiven_updateblue][/xfgiven_updateblue]
Psixiatriya xəstəxanasına yerləşdirilən Afiyəddin Cəlilovun nəvəsindən yenidən qeyri-etik PAYLAŞIM - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qonşusu Afiyəddin Cəlilovun nəvəsinin müdafiəsinə qalxdı: “Böyüyə, kiçiyə hörmət edən uşaqdır” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hərəkətlərinə görə tənqid edilən yeniyetmə tanınmış şəxsin nəvəsi imiş [xfgiven_updateblue][/xfgiven_updateblue]
Afiyəddin Cəlilovun oğlu Baku TV-yə danışdı: “Oğluma görə hər kəsdən üzr istəyirəm” - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər