Susuz qalan Bakıda içməli su küçəyə axıdılır - RƏSMİ AÇIQLAMA-VİDEO-YENİLƏNİB
Xətai ratonunda partlayan su borusunun təmir edilməməsinin səbəbi bilinib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən Sizinxeber.az-ə verilən məlumata görə, buna səbəb borunun ağacın dibində yerləşməsidir:
"Xətai rayonu Kazımağa Kərimov küçəsində ağacın dibindən keçən su xəttində sızıntı baş verib. Borunu bərpa etmək üçün ərazi qazılmalıdır, lakin qazıntı zamanı ağacın aşma ehtimalı olduğundan müvafiq qaydalara uyğun olaraq əvvəlcə Bakı Şəhər İcra Hakimiyyəti və Xətai Rayon İcra Hakimiyyətinə icazə üçün müraciət ünvanlanıb. Qeyd olunan qurumlardan icazə daxil olan kimi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Xətai Rayon Sukanal İdarəsinin qəza briqadası axıntının qarşısını alaraq bərpa işlərini həyata keçirəcəklər".
***14:56
Paytaxtın 8 Noyabr prospektində içməli su küçəyə axır.
Bu barədə məlumat Sizinxeber.az-in "qaynar xətti"nə daxil olub.
Şikayətçi bildirib ki, hadisə Kazımağa Kərimov küçəsində qeydə alınıb:
"Bir həftədir küçədə boru partlayıb və su yola axır. Heç kəs də gəlib vəziyyəti aradan qaldırmır. Neçə gündür insanlar içməli su tapmırlar, belə bir vaxtda suyun küçəyə axaraq ziyan olması adama pis təsir edir".
Həmin görüntüləri təqdim edirik:
Sizinxeber.az
Oxşar xəbərlər
Susuz qalan Bakıda içməli su küçəyə axıdılır? - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah Bakıda içməli su təchizatı tam bərpa ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıya içməli suyun verilməsi sabah tam bərpa ediləcək - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Oğuz-Qəbələ-Bakı kəmərindən su paytaxta daxil olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Oğuz-Qəbələ su xəttində təmir-bərpa işləri tamamlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












