Dənizkənarı Milli Parkda batma təhlükəsi ilə üzləşən gənc xilas edilib - VİDEO
sizinxeber.az xəbər saytı

Dənizkənarı Milli Parkda batma təhlükəsi ilə üzləşən gənc xilas edilib - VİDEO




Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

Bu barədə Sizinxeber.az-ə FHN-in Mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1995-ci il təvəllüdlü Teyyubov Anar Mahir oğlu dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Sizinxeber.az
VİDEO

Oxşar xəbərlər

Dənizkənarı Milli Parkda batma təhlükəsi ilə üzləşən gənc xilas edilib
Dənizkənarı Milli Park ərazisində dənizdə batma təhlükəsində olan 29 yaşlı gənc xilas edilib
Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub
Bakı bulvarı ərazisində gəzinti qayığı batıb, 6 nəfər xilas edilib - YENİLƏNİB-2
Bulvar ərazisindən bir nəfərin meyiti sudan çıxarılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər