Küçədə itə balta ilə işgəncə verdi
Küçədə itə işgəncə verən şəxslə bağlı polis hərəkətə keçib.
Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov məlumat verib.
"Görüntülərdən məlumatlıyıq, həmin şəxsin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcək, - deyə o bildirib.
***16:12
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, "Dsk yolu" adlanan ərazidə naməlum şəxs balta ilə iti vəhşicəsinə döyüb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Şikayətçinin sözlərinə görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb. Belə ki, baltalı şəxs ətrafdakılara məhəl qoymadan itə vəhşicəsinə işgəncə verib:
"Küçədə uşaqlar var idi, o isə heç kimə məhəl qoymadan itə xəsarətlər yetirdi".
Hadisə barədə Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanlamışıq. Məlumat veriləcəyi təqdirdə xəbər yenilənəcək.
Sözügedən görüntüləri təqdim edirik:
BAKU.WS
Oxşar xəbərlər
DİN: Bakıda gənc qızı döyən şəxslər müəyyən edilib, məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür
Polis Mehdiabad-Pirşağı yolunda itə işgəncə verən şəxsi müəyyənləşdirdi - YENİLƏNİB/VİDEO
Binəqədidə 2 nəfərə bıçaqla xəsarət yetirən 22 yaşlı gənc saxlanılıb - YENİLƏNİB
Küçədə tapança nümayiş etdirən şəxs müəyyən edilib, silah oyuncaq imiş - YENİLƏNİB - FOTO/VİDEO
Sakinlər Mehdiabad-Pirşağı yolunda itə işgəncə verən sürücüyə etiraz etdilər - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












