Küçədə tapança nümayiş etdirən şəxs müəyyən edilib, silah oyuncaq imiş - YENİLƏNİB - FOTO/VİDEO
Sosial şəbəkələrdə paytaxt ərazisində hərəkətdə olan avtomobildə olan sərnişinin əlindəki tapançanı ətrafa yönəltməsini əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
DİN-in Mətbuat Xidmətindən BAKU.WS-ə bildirilib ki, həmin avtomobilin sürücüsü və sərnişini müəyyən edilib. Şirkətlərdən birində kuryer kimi çalışan 2002-ci il təvəllüdlü şəxs və sürücü müəyyən olunaraq polis idarəsinə gətirilib. Məlum olub ki, onun avtomobildən ətrafa yönəltdiyi odlu silaha bənzəyən tapança oyuncaqdır. O, izahatında oyuncağı əyləncə məqsədilə ətrafa yönəltdiyini və bu əməlinə görə peşiman olduğunu bildirib.
Qanunvericiliyə uyğun olaraq onlar barəsində müvafiq tədbirlər görülür.

***11:24
Bakının mərkəzində hərəkət zamanı mikroavtobusun qapısını açıb silahı ətrafdakı şəxslərə nümayiş etdirən şəxslə bağlı polis tərəfindən araşdırılır.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Faktla bağlı araşdırma gedir və ictimaiyyətə nəticələri ilə bağlı əlavə məlumat veriləcək.
***
Ötən gün Bakıda avtomobil yolunda mikroavtobusdan çıxaraq silah göstərən şəxs qorxulu anlara səbəb olub.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Yolda hərəkət edən "Ford Tranzit" markalı 07-BH-637 dövlət nömrə nişanlı mikroavtobusdan çıxan qara paltarlı şəxs silahı ilə qəribə hərəkətlər sərgiləyərək ətrafdakıları qorxuya salıb.
Sözügedən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Bakıda əyləncə məqsədilə ətrafa tapança nümayiş etdirən şəxs müəyyən edilib, silah oyuncaq imiş - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda maşının qapısını açıb ətrafa silah nümayiş etdirən şəxslə bağlı araşdırma aparılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda QORXUNC ANLAR - Mikroavtobusun sərnişini silahla "şou" göstərdi - YENİLƏNİB - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yola təkər atan yeniyetmələr saxlanıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












