Binəqədidə 2 nəfərə bıçaqla xəsarət yetirən 22 yaşlı gənc saxlanılıb - YENİLƏNİB
İyulun 25-i axşam saatlarında Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində 1999-cu il təvəllüdlü E.Mirzəyev və 1990-cı il təvəllüdlü P.Alışovun bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimli APA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən 2002-ci il təvəllüdlü P.İmanov saxlanılaraq istintaqa təqdim edilib.
Araşdırmalar Binəqədi Rayon Polis İdarəsində davam etdirilir.
***
09.16
Binəqədidə 2 nəfər bıçaqlanıb.
APA xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.
Yaşadıqları evin yaxınlığında yerləşən kafenin qarşısında tanımadıqları şəxs tərəfindən aralarında yaranmış mübahisə zamanı 1990-cı il təvəllüdlü Alışov Pərviz Ağaverdi oğlu və 1999-cu il təvəllüdlü Mirzəyev Elcan Şahüseyin oğlu bıçaqlanıb.
2002-ci il təvəllüdlü İmanov Pənah Xanad oğlu şübhəli şəxs qismində saxlanılıb.
Fakt araşdırılır.
Oxşar xəbərlər
Binəqədidə 2 nəfərə bıçaqla xəsarət yetirən 22 yaşlı gənc saxlanılıb
Bakıda 29 yaşlı oğlanı ürəyindən bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB
Xırdalanda arvadını evin pəncərəsindən atıb öldürən şəxs tutulub - YENİLƏNİB
Xırdalanda qadın evin pəncərəsindən yerə atılaraq ölüb, əri tutulub - YENİLƏNİB
Şəmkirdə keçmiş arvadını, onun anasını və atasını bıçaqlayan şəxs tutulub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













