Naxçıvanda taxıl sahəsi yandı - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Nəzərabad kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən BAKU.WS-ə verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Babək Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində biçilmiş taxıl sahəsində baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 2,5 hektar olan biçilmiş taxıl sahəsinin 1.5 hektarı yanıb.
Sahənin qalan hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Naxçıvanda 1,5 hektar taxıl sahəsi yanıb - VİDEO
Zəngilanın Şəfibəyli kəndində yanğın olub, quru ot, taxıl sahəsi yanıb
FHN Naxçıvanda baş verən yanğınlar barədə məlumat yayıb - YENİLƏNİB
Zəngilanın Şəfibəyli kəndində yanğın olub, quru ot, taxıl sahəsi yanıb - VİDEO
Zəngilanın Şəfibəyli kəndində 120 hektar sahədə kol-kos, biçilmiş taxıl sahəsi yanıb - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













