sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Zəngilanın Şəfibəyli kəndində 120 hektar sahədə kol-kos, biçilmiş taxıl sahəsi yanıb - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Zəngilan rayonu, Şəfibəyli kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.
APA-nın xəbərinə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində açıq ərazidə ümumilikdə 120 hektar sahədə kol-kos, quru ot, biçilmiş taxıl sahəsi yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Zəngilanın Şəfibəyli kəndində yanğın olub, quru ot, taxıl sahəsi yanıb
FHN Binəqədidə inzibati binada yanğınla bağlı məlumat yayıb - VİDEO
Səbail rayonunda emalatxanada yanğın baş verib - FOTO - YENİLƏNİB 2
Səbail rayonunda emalatxanada yanğın baş verib - FOTO - YENİLƏNİB
Xırdalanda yaşayış binasında yanğın olub, sakinlər təxliyə olunub - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













