sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Xəzər dənizindəki gəmidə yanğının söndürülməsi işi davam edir - VİDEO
Xəzər dənizindəki təchizat gəmisində baş vermiş yanğının söndürülməsi əməliyyatı fasiləsiz olaraq davam etdirilir.
Sizinxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, görülmüş tədbirlər nəticəsində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq vasitələrlə təchiz olunmuş peşəkar yanğınsöndürənləri göyərtəyə qalxaraq bilavasitə gəminin daxili bölmələrində yanğınla mübarizə tədbirlərinə başlayıblar:
"Yanğının söndürülməsi əməliyyatının fasiləsizliyinin təmin edilməsi məqsədilə Nazirliyin Aviasiya dəstəsinin helikopteri hadisə yerinə müvafiq vasitələrin çatdırılmasını həyata keçirir".
Sizinxeber.az
VİDEO
Oxşar xəbərlər
FHN: Xəzərdə təchizat gəmisindəki yanğının söndürülməsi əməliyyatı fasiləsiz davam etdirilir
FHN Xəzərdə yanan gəminin görüntülərini yaydı - VİDEO - YENİLƏNİB
Bakıda təchizat gəmisində YANĞIN - Xəsarət alanlar var - YENİLƏNİB
FHN: Xəzərdə təchizat gəmisindəki yanğının söndürülməsi işləri davam etdirilir - YENİLƏNİB
Bakıda gəmi yanır, xəsarət alanlar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













