Bakıda təchizat gəmisində YANĞIN - Xəsarət alanlar var - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Bakıda təchizat gəmisində YANĞIN - Xəsarət alanlar var - YENİLƏNİB




Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizində sahildən təqribən 70 km məsafədə açıq dənizdə təchizat gəmisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

FHN-dən Sizinxeber.az-ə verilən məlumata görə, hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar məlumatlandırılıb, Nazirliyin müvafiq qüvvələri də cəlb olunmaqla yanğın-xilasetmə əməliyyatına başlanılıb.

Həyata keçirilmiş tədbirlər nəticəsində yanan gəmidə olan heyət üzvləri yaxınlıqda olan digər gəmilərə təxliyə olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Bakıda gəmidə yanğın başlayıb.

Sizinxeber.az "Trend"-ə istinadən xəbər verir ki, hadisə "Qərbi Çıraq" platformasının yaxınlığında qeydə alınıb. Yanğın gəminin mühərrikindən başlayaraq, qısa müddət ərzində digər hissələrə də yayılıb.

Yanğın zamanı gəmidəki şəxslər təxliyə edilərək təhlükəsiz yerə köçürülüb. Təxliyə prosesində digər bir gəmidən istifadə edilib.

Yanğının səbəbləri hələlik məlum deyil, lakin müvafiq xidmətlər hadisə yerində təhlükəsizliyi təmin edir və yanğının tamamilə söndürülməsi üçün işlər davam etdirilir. Eyni zamanda, gəmidə baş vermiş ziyan və müvəqqəti təhlükəsizlik tədbirləri ilə bağlı araşdırmalar aparılır.

Sizinxeber.az

Oxşar xəbərlər

Xəzərdə təchizat gəmisində yanğın olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN gəmidə baş verən yanğınla bağlı məlumat yayıb - YENİLƏNİB-1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda gəmi yanır, xəsarət alanlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda gəmidə yanğın olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda gəmidə yanğın olub, bir nəfər xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər