FHN: Xəzərdə təchizat gəmisindəki yanğının söndürülməsi əməliyyatı fasiləsiz davam etdirilir
sizinxeber.az xəbər saytı

FHN: Xəzərdə təchizat gəmisindəki yanğının söndürülməsi əməliyyatı fasiləsiz davam etdirilir


Xəzər dənizindəki təchizat gəmisində baş vermiş yanğının söndürülməsi əməliyyatı fasiləsiz olaraq davam etdirilir.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görülmüş tədbirlər nəticəsində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq vasitələrlə təchiz olunmuş peşəkar yanğınsöndürənləri göyərtəyə qalxaraq bilavasitə gəminin daxili bölmələrində yanğınla mübarizə tədbirlərinə başlayıblar:

"Yanğının söndürülməsi əməliyyatının fasiləsizliyinin təmin edilməsi məqsədilə Nazirliyin Aviasiya dəstəsinin helikopteri hadisə yerinə müvafiq vasitələrin çatdırılmasını həyata keçirir".

Oxşar xəbərlər

FHN: Xəzərdə təchizat gəmisindəki yanğının söndürülməsi işləri davam etdirilir - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xəzərdə təchizat gəmisində yanğın olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN Xəzərdə yanan gəminin görüntülərini yaydı - VİDEO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda təchizat gəmisində YANĞIN - Xəsarət alanlar var - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: "Xankəndi yaxınlığındakı yanğının söndürülməsi zamanı FHN qüvvələri peşəkarlıq göstərib" [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər