Bəzi bölgələrə leysan yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
*** 09:50
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Sizinxeber.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
İyulun 24-ü saat 9:00-a olan məlumata görə əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin gecə Böyük Qafqazın bəzi yerlərində şimşək çaxıb, qısamüddətli yağış yağıb.
Düşən yağıntının miqdarı Zaqatalada (Əlibəy) 9 mm, Şəkidə 4 mm olub.
Əvvəlcədən verilən sarı xəbərdarlığa uyğun olaraq iyulun 24-ü səhər şimal-qərb küləyi arabir Goranboyda 19 m/s, Naftalanda 18 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da 37, Aran rayonlarında 39, dağlıq rayonlarda isə 29 dərəcəyədək isti olub.
Oxşar xəbərlər
Bölgələrdə leysan yağıb, Gəncəyə dolu düşüb - FAKTİKİ HAVA
Leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA
Bəzi rayonlara yağış, qar yağıb, Qəbələyə dolu düşüb - YENİLƏNİB-2
Bakıda və Abşeron yarımadasında külək güclənib - FAKTİKİ HAVA
Bölgələrdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













