36 dərəcə isti olacaq - HAVA PROQNOZU
sizinxeber.az xəbər saytı

36 dərəcə isti olacaq - HAVA PROQNOZU




Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Sizinxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi norma daxilində, 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti olacaq.

Sizinxeber.az

Oxşar xəbərlər

Avqustun 18-də gözlənilən hava şəraiti [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah 36 dərəcə isti olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah Bakıda külək əsəcək, bəzi rayonlara yağış yağacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah havanın temperaturu 33°-yə qədər yüksələcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər