sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Növbəti iki gündə Azərbaycanda isti hava şəraiti gözlənilir: Yanğın təhlükəsi var
Avqustun 27-28-də bəzi bölgələrdə isti hava şəraitinin hökm sürəcəyi gözlənilir.
Sizinxeber.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov isti hava şəraitində yanğına həssas bölgələrdə, təbiət ərazilərində, xüsusən meşə sahələrində yanğın təhlükəsi ehtimalının artdığını bildirib.
N.Mahmudov xidmət tərəfindən ölkə ərazisində yanğına həssas bölgələrin yanğın indeksinin hazırlandığını və riskli istiqamətlərin müəyyən olunduğunu da açıqlayıb:
"Yanğın indeksi Gəncə-Qazax bölgəsində Gəncə, Tovuz, Şəmkir, Tərtərdə yüksək, Ağstafa, Naftalan, Ağdamda çox yüksək, Balakən-Şəki bölgəsi üzrə Şəkidə yüksək, Quba-Xaçmaz bölgəsində Quba, Qusarda yüksək, Şabranda isə çox yüksək, Dağlıq Şirvan bölgəsi üzrə İsmayıllı, Qobustanda çox yüksək, Lənkəran-Astara bölgəsi üzrə Lənkəran, Yardımlı, Astarada yüksək, Naxçıvan MR-də Ordubad, Naxçıvan, Şərur, Şahbuz, Culfada çox yüksək müəyyən edilib".
Xidmət rəisi vətəndaşları təbiətdə, xüsusən meşə və ot örtüyü olan yerlərdə yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə, təbiətdə təsərrüfat işləri apararkən və ya istirahət edərkən mütləq qaydada odla ehtiyatlı davranmağa çağırıb.
Sizinxeber.az
Oxşar xəbərlər
Növbəti iki gündə bəzi bölgələrdə isti hava şəraiti gözlənilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsti günlərdə yanğına həssas ərazilər açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı və bölgələrə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
FAKTİKİ HAVA - Bu ərazilərdə 7 dərəcə şaxta var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yüksək dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












