Sabah Bakıda 35 dərəcə isti olacaq
Avqustun 19-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə 45-55 %, gündüz 65-75 % olacaq.
Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti, dağlarda gecə 11-16° isti, gündüz 17-22° isti olacaq.
Oxşar xəbərlər
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
Avqustun 18-də gözlənilən hava şəraiti
Sabah külək əsəcək, dağlıq ərazilərdə yağış yağacaq - PROQNOZ
Sabah havanın temperaturu 33°-yə qədər yüksələcək
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq - PROQNOZ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













