Azərbaycanın veteran cüdoçusu 12-ci dəfə dünya çempionu olub
sizinxeber.az xəbər saytı

Azərbaycanın veteran cüdoçusu 12-ci dəfə dünya çempionu olub


Azərbaycan təmsilçisi Fərhad Rəcəbli (90 kq) 12-ci dəfə veteran cüdoçular arasında dünya çempionu olub.

"Sizinxeber.az"un məlumatına görə, o, ABŞ-nin Las-Veqas şəhərində keçirilən mundialın M8 kateqoriyasında fərqlənib.

F.Rəcəbli ilk görüşündə yerli Lorenso Şippdən güclü olub. Veteran cüdoçu ardınca üç fransalı - Filip Juni, Mişel Dumortye və Alan Dayezə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, yarış noyabrın 7-də başa çatacaq.

Oxşar xəbərlər

Azərbaycanın veteran cüdoçuları dünya çempionatında iştirak edəcəklər
Azərbaycan cüdoçusu Avropa çempionu olub
Azərbaycanın yeniyetmə cüdoçusu ikiqat dünya çempionu olub
Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 4 medal qazanıblar
Azərbaycanın güllə atıcısı dünya çempionu olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər