Qaradağda əməliyyatlar zamanı 16 kq narkotik aşkarlanıb - VİDEO
sizinxeber.az xəbər saytı

Qaradağda əməliyyatlar zamanı 16 kq narkotik aşkarlanıb - VİDEO


Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar keçiriblər.

Sizinxeber.az DİN-ə istinadən xəbər verir ki, tədbirlər zamanı Nəsrulla Həbiyev, Hacıağa Əkbərov, Elşad Əliyev, Sənan Qaracayev, Mahir Haşımov, Tural İbrahimov, Məhbub Həsənli, Qurban Muradov və Şahin Zamanov saxlanılıblar.

Bu şəxslərdən ümumilikdə 16 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.

Faktlarla bağlı Qaradağ RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

Narkoşəbəkəyə qarşı əməliyyatda 10 nəfər saxlanılıb, 75 kq narkotik aşkarlanıb - VİDEO
Bakıda 10 nəfər saxlanılıb, 75 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
Azərbaycanda 75 kq narkotik dövriyyədən çıxarılıb, 10 nəfər saxlanılıb
Yasamalda 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb - VİDEO
Yasamalda 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər