Dördqat Avropa çempionu Həsrət Cəfərov: "Qazanılan qızıl medalların arxasında böyük əziyyət dayanır"
Yarışlarda idmançıların qazandığı qızıl medalların arxasında böyük əziyyət, zəhmət dayanır.
"Sizinxeber.az" xəbər verir ki, bunu Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında birinci yeri tutan Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) deyib.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlama verən idmançı tarixi uğuru qızına həsr etdiyini bildirib:
"Təəssüratlarım həqiqətən çox gözəldir. Bu gün çox sevincliyəm. Ardıcıl 4-cü qızılımı qazanıram. Həqiqətən də bu qızılların arxasında böyük əziyyət, zəhmət dayanır. Bu qızılı qazandıqdan sonra onun həzzini indi hiss edirəm. Heç bir əziyyət yadıma düşmür. Yalnız yadda qalan bu qızıl olur. Bu qızılımı, tarixi uğurumu qızıma həsr edirəm".
Qeyd edək ki, Həsrət Cəfərov qızıl medal uğrunda qarşılaşmada türkiyəli Murat Fırata 7:5 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Bununla da o, Azərbaycan yunan-Roma güləşinin ilk 4 qat Avropa çempionu adına sahib çıxıb.
Oxşar xəbərlər
Avropa çempionatı: Həsrət Cəfərovun ardınca Qurban Qurbanov da qızıl medal qazanıb - YENİLƏNİB-2
Azərbaycan güləşçisi Həsrət Cəfərov Avropa çempionu olub - YENİLƏNİB
Avropa üçüncüsü olan Nihat Məmmədli: "İstərdim ki, yarışdan qızıl medalla qayıdım"
Qurban Qurbanov da qızıl qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
