"Nyukasl" Entoni Qordonu 86 milyon avroya satmağa hazırdır
sizinxeber.az xəbər saytı

"Nyukasl" Entoni Qordonu 86 milyon avroya satmağa hazırdır


İngiltərənin "Nyukasl" klubu futbolçusu Entoni Qordonu ən azı 86 milyon avroya satmağa hazırdır.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb.

İngiltərə Premyer Liqası təmsilçisi 25 yaşlı hücumçunun mümkün keçidini müzakirə etməyə müsbət yanaşır.

Almaniyanın "Bavariya" klubu bu transferdə əsas namizəd hesab edilir. Bu keçid üçün tezliklə danışıqların başlayacağı gözlənilir.

Xatırladaq ki, Entoni Qordon cari mövsüm 46 matçda 17 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Nyukasl"la müqaviləsinin müddəti 2030-cu ilin yayınadək qüvvədədir.

Oxşar xəbərlər

İngiltərə klubu futbolçusu ilə uzunmüddətli müqavilə imzalayıb
"Mançester Siti" futbolçusunu 40 milyon avroya satmağa razıdır
"Nyukasl"ın yarımmüdafiəçisi İtaliyaya qayıda bilər
"Real" braziliyalı futbolçunu satmağa hazırdır
Səudiyyə Ərəbistanı klubu "Barselona"nın futbolçusu üçün 100 milyon avro ödəməyə hazırdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər