Yevlax Olimpiya İdman Kompleksində cüdo zalı istifadəyə verilib
sizinxeber.az xəbər saytı

Yevlax Olimpiya İdman Kompleksində cüdo zalı istifadəyə verilib


Yevlax Olimpiya İdman Kompleksində yeni cüdo zalı fəaliyyətə başlayıb.

Bu barədə "Sizinxeber.az"a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Bu münasibətlə təşkil olunan açılış mərasimində Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Cavad Cavadov, Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov və digər rəsmilər iştirak ediblər.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yaradılan zal müasir standartlara uyğun tatamilərlə təchiz olunub. Ümumi sahəsi 200 kvadratmetr olan idman məkanında 200 nəfərin cüdo ilə məşğul olması üçün əlverişli şərait formalaşdırılıb. İdmançıların istifadəsi üçün paltardəyişmə otaqları və digər köməkçi sahələr də nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası son illərdə ölkənin müxtəlif bölgələrində yeni cüdo zallarının istifadəyə verilməsi, eləcə də mövcud idman infrastrukturunun gücləndirilməsi istiqamətində ardıcıl layihələr həyata keçirir.

Oxşar xəbərlər

Tərtər Olimpiya İdman Kompleksində cüdo zalı fəaliyyətə başlayıb
Daşkəsəndə müasir cüdo zalı istifadəyə verilib
Cüdo üzrə Bakı şəhər çempionatı keçiriləcək
Şöbə müdiri: Yevlax Olimpiya İdman Kompleksi ən müasir standartlara cavab verəcək
Cüdo Federasiyasının rəsmisi: "Avropa Cüdo Ümidləri" turnirində əsas məqsədlərdən biri seminarların keçirilməsidir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər