Martın 9-da keçirilimiş buraxılış imtahanında 11 nəfərin nəticəsi ləğv edilib
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart 2025-ci il tarixində keçirilmiş buraxılış imtahanında iştirakı nəzərdə tutulan 58732 nəfərdən 407 nəfər imtahana gəlməyib.
Bu barədə APA-ya Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
Bildirilib ki, imtahan qaydalarını pozduğu üçün 11 nəfərin nəticəsi ləğv olunub. İmtahan iştirakçıları arasında 20 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Qeyd edək ki, imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 21 aprel saat 10:00-dan 23 aprel saat 17:00‑dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər.
Oxşar xəbərlər
DSX-nın Xüsusi Məktəbinin V sinfinə qəbul olmaq üçün keçirilən imtahanının nəticələri açıqlanıb
23 nəfər buraxılış imtahanında maksimum nəticə göstərib
Dövlət qulluğuna qəbulun test mərhələsinin nəticəsi açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
