Nazir: Təhsil yalnız bilik vermək deyil, həm də yetişən nəslin dünyagörüşünü formalaşdırmaqdır
Şagirdlərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda böyüməsi mühüm və məsuliyyətli məsələdir.
"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Ən yaxşı təqdimat" müsabiqəsinin mükafatlandırılması mərasimində çıxışında deyib.
Nazir bildirib ki, hər bir təhsil sisteminin qarşısında duran əsas məqsədlərdən biri yalnız bilik vermək deyil: "Həm də yetişən nəslin dünyagörüşünü formalaşdırmaqdır. Ayrı-ayrı fənlər üzrə bilik və bacarıqların əldə olunması vacibdir, lakin bundan daha mühüm və məsuliyyətli məsələ şagirdlərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda böyüməsidir".
Nazir qeyd edib ki, belə müsabiqələrin ən önəmli tərəfi yalnız qaliblərin müəyyən olunması deyil: "Əslində, bu prosesdə iştirak edən hər bir insan müəyyən mənada qalib sayılır. Çünki burada iştirak etmək, özünü sınamaq, bilik və bacarıqlarını nümayiş etdirmək hər bir iştirakçı üçün mühüm təcrübədir. İnanıram ki, bu müsabiqə iştirakçılara yeni biliklər, yeni təcrübələr qazandırıb, onların şəxsi inkişafına və dünyagörüşünün formalaşmasına müsbət təsir göstərib. Bu baxımdan, müsabiqədə iştirak edən hər kəs öz uğurunu əldə etmiş hesab oluna bilər".
Oxşar xəbərlər
Nazir: Azərbaycan və Qazaxıstan təhsil sahəsində əməkdaşlığı genişləndirməlidir
Emin Əmrullayev məktəb direktorları ilə görüşüb, mövcud problemlərin həlli müzakirə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
