Bakıda Qazaxıstanın 20-dən çox universitetinin iştirakı ilə təhsil sərgisi keçiriləcək
Bakıda mayın 2-də gənclərin gələcək təhsil seçimlərinə dəstək məqsədilə genişmiqyaslı təhsil sərgisi keçiriləcək.
"Report" xəbər verir ki, tədbir "İZ Community"nin təşkilatçılığı ilə "Study in Kazakhstan" layihəsi çərçivəsində reallaşdırılır.
Sərgidə Qazaxıstanın 20-dən çox aparıcı ali təhsil müəssisəsi, o cümlədən Əl-Fərabi adına Qazax Milli Universiteti, L.N. Qumilyov adına Avrasiya Milli Universiteti və Turan Universiteti təmsil olunacaq.
Bununla yanaşı, Cardiff University də tədbirdə iştirak edəcək.
Eyni zamanda, ölkənin qabaqcıl liseyləri və təhsil, karyera, fərdi inkişaf sahəsində fəaliyyət göstərən yerli brendlər də öz proqram və xidmətlərini təqdim edəcəklər.
"Beynəlxalq təhsil evinizə daha yaxın" şüarı ilə keçirilən sərgi şagirdlər, tələbələr və valideynlər üçün xaricdə təhsil imkanları, təqaüd proqramları, qəbul şərtləri və karyera perspektivləri barədə birbaşa məlumat əldə etmək imkanı yaradacaq.
Sərgiyə giriş tamamilə sərbəstdir və əvvəlcədən qeydiyyat tələb olunmur. Ziyarətçilər birbaşa tədbirə qatılaraq universitet nümayəndələri ilə ünsiyyət qura biləcəklər.
Qeyd edək ki, sərgi saat 11:00-dan 20:00-dək "Landmark Rotunda Hall"da baş tutacaq.
Oxşar xəbərlər
Naxçıvan Dövlət Universiteti "Study in Azerbaijan" təhsil sərgisində təmsil olunub
Bakıda Malayziya Universitetlərinin təhsil imkanlarını əks etdirən sərgi olub
Emin Əmrullayev Qazaxıstanda "Study in Azerbaijan" beynəlxalq təhsil sərgisi ilə tanış olub
Milli Müdafiə Universiteti xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulu elan edib
47 əcnəbi tələbə Azərbaycanda təhsil alacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
"ASAN Xidmət"in rəhbəri BMT-nin beynəlxalq forumunda iştirak edir
