Bakıda müəllimlərə qarşı uyğunsuz davranışına görə direktorla bağlı araşdırma aparılır - RƏSMİ
sizinxeber.az xəbər saytı

Bakıda müəllimlərə qarşı uyğunsuz davranışına görə direktorla bağlı araşdırma aparılır - RƏSMİ


Bakı şəhəri 301 nömrəli tam orta məktəb direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı ilə bağlı aşkara çıxarılan faktlar üzrə araşdırmalar davam edir.

"Report" xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib. 

Qeyd olunub ki, bu gün Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və BŞTİ-nin nümayəndələri məktəbdə olub, pedaqoji heyətin üzvləri ilə müvafiq söhbətlər aparıblar.

Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırladaq ki, həmin məktəbin müəllimləri direktorun onları valideynlərin yanında təhqir etdiyini bildiriblər. 

Oxşar xəbərlər

Bakıda məktəb direktorunun müəllimləri təhqir etməsi iddiası ilə bağlı araşdırma aparılır
600 manatlıq hədiyyəyə dilənçi payı deyən məktəb direktoru İŞDƏN ÇIXARILDI
Bakıda məktəb direktoru fəaliyyətindəki nöqsanlara görə işdən azad olunub
Bakıda 6 məktəb əsaslı təmirlə bağlı köçürülüb
Yeni tədris ilində Bakı məktəblərində yarım milyondan çox şagird təhsil alacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər