“Yüksəliş” müsabiqəsinin “Qabiliyyət imtahanı”nın vaxtı dəyişdirilib
sizinxeber.az xəbər saytı

“Yüksəliş” müsabiqəsinin “Qabiliyyət imtahanı”nın vaxtı dəyişdirilib


Dördüncü “Yüksəliş” müsabiqəsinin “Qabiliyyət imtahanı”nın vaxtı dəyişdirilib.

"Sizinxeber.az" xəbər verir ki, iş yerlərindən icazələrin alınması ilə bağlı yaranmış çətinlikləri nəzərə alaraq iştirakçıların “Qabiliyyət imtahanı”nda rahatlığını təmin etmək məqsədilə imtahan mayın 18-19-u tarixlərində baş tutacaq.

İmtahan sessiyalarının seçimi ilə bağlı qısa zamanda iştirakçılara məlumat veriləcək.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsinə malik perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.

Növbəti - dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.

Oxşar xəbərlər

Naxçıvanda dövlət qulluğunda vəzifələrə aid qruplar üzrə test imtahanı keçirilib
Bağça müəllimlərinin işə qəbulu üzrə müsabiqənin test imtahanı keçirilir
Bu gün 55 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı keçirilib
İşğaldan azad olunan Ağdərədə bu gün ilk buraxılış imtahanı keçirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər