İtaliya-Azərbaycan Universitetində yeni ixtisaslar təqdim edilib
sizinxeber.az xəbər saytı

İtaliya-Azərbaycan Universitetində yeni ixtisaslar təqdim edilib


İtaliya-Azərbaycan Universitetində Dizayn və Memarlıq fakültəsinin Kommunikasiya Dizaynı və Şəhərsalma üzrə yeni ixtisasları təqdim edilib.

"Report" xəbər verir ki, ADA Universiteti bakalavr ixtisaslarının sırasına daha ikisini əlavə edərək, İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində təqdim etdiyi proqramların sayını artırıb.

Bu münasibətlə keçirilən tədbirdə ADA Universitetinin rektoru, müvafiq sahə üzrə dövlət qurumlarının nümayəndələri və italyan ekspertlər çıxış ediblər.

Rektor Hafiz Paşayev çıxışında bildirib ki, şəhərsalma və dizayn sahəsində müasir biliklərə, dünya təcrübəsinə malik, ən son yanaşmalardan xəbərdar mütəxəssislərə ehtiyac var:

"Yeni ixtisasları təqdim etməkdə məqsədimiz yerli peşəkarlar yetişdirərək bu ehtiyacı qarşılamaqdır".

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, yaşayış yerlərinin inkişafı əhalinin həyat keyfiyyətinin artırılmasına, urbanistik mühitin yaxşılaşdırılmasına təsir etdiyinə görə bu prosesi düzgün idarə etməyi bacaran kadrlara ehtiyac var:

"Kommunikasiya Dizaynı və Şəhərsalma üzrə yeni proqramlar vasitəsilə bu istiqamətdə uğurlu addımlar atılacaq".

İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko sözügedən layihəni ölkələr arasında dostluğun təzahürü, bilik, mədəniyyət, təcrübə mübadiləsi kimi qiymətləndirib.

Oxşar xəbərlər

Hafiz Paşayev: ADA Universitetinin Şəki kampusu İtaliya-Azərbaycan münasibətlərinə növbəti töhfədir
“ADA Universiteti Dizayn və Memarlıq Fakültəsinin ilk ilinin nəticələri” mövzusunda konfrans keçirilib
Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumunun tarixləri dəqiqləşib
Azərbaycan və Misir şəhərsalma sahəsində əməkdaşlığı artırmaq istəyir
Bəzi ali təhsil müəssisələrində 9 ixtisasın proqram akkreditasiyası qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər