

Naxçıvanda təhsil müəssisələrində vakant laborant vəzifələri üçün müsabiqə keçirilib
Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan laborant vəzifələri üzrə müsabiqə keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, təhsil müəssisələrinin yüksək ixtisaslı kadrlarla təmin edilməsi və işə qəbul prosesinin şəffaf həyata keçirilməsi məqsədilə təşkil olunan müsabiqədə 38 vakant vəzifə üzrə 300-dən artıq namizəd iştirak edib.
Müsabiqədə hər bir namizədə vəzifə proqramına, məntiqi təfəkkürün və dünyagörüşünün yoxlanılmasına aid 10 olmaqla, ümumilikdə 30 test tapşırığı təqdim olunub. Namizədlərə test suallarının cavablandırılması üçün 60 dəqiqə vaxt verilib.
Qeyd edək ki, test suallarının 50 faiz və daha çoxunu düzgün cavablandırmış namizədlər müsabiqədə keçid balını toplamış sayılır. Minimum keçid balı gözlənilməklə test mərhələsində ən yüksək nəticəni göstərmiş namizəd müvafiq vəzifəyə təyin olunacaq.
Şəffaflığın təmin olunması baxımından namizədlərin imtahan nəticələri onların iştirakı ilə yoxlanılıb və imtahan nəticəsi binanı tərk etmədən namizədə elan olunub.
Oxşar xəbərlər
Bağça müəllimlərinin işə qəbulu üzrə müsabiqənin test imtahanı keçirilir
Naxçıvan mədəniyyət müəssisələrində rəhbər və ümumi vəzifələrə işə qəbul müsabiqəsi elan edilib
Psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı müsabiqəyə sənəd qəbulu aparılır
Mikayıl Cabbarovun qoluna nə olub?
Naxçıvanda dövlət qulluğunda vəzifələrə aid qruplar üzrə test imtahanı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
