DİM sürücülər üçün imtahan keçirib, 1268 namizəd uğur qazanıb
Dövlət İmtahan Mərkəzi (DİM) taksi sürücüləri, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığının qiymətləndirilməsi üçün imtahan keçirib, 1268 namizəd uğur qazanıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Qeyd edilib ki, imtahanlarda iştirak etmək üçün ümumilikdə 1542 namizəd qeydiyyatdan keçib. Onlardan 1451 namizəd imtahana gəlib.
İmtahanlar elektron qaydada kompüter vasitəsilə 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar.
Bildirilib ki, nəticələr sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.
Oxşar xəbərlər
DİM taksi sürücüləri üçün növbəti dəfə imtahan keçirib
Taksi sürücüləri növbəti dəfə imtahan verib - YENİLƏNİB
Taksi sürücüləri üçün növbəti imtahanda 1 735 namizəd uğur qazanıb - YENİLƏNİB
Sürücülərinin hazırlığının qiymətləndirilməsi imtahanı keçirilib
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













