Nazir müavini: Təhsilin keyfiyyətinin artırılması beynəlmiləlləşmə ilə mümkündür
sizinxeber.az xəbər saytı

Nazir müavini: Təhsilin keyfiyyətinin artırılması beynəlmiləlləşmə ilə mümkündür


Azərbaycanda təhsilin inkişafı, təhsil sisteminin təkmilləşdirilməsi və beynəlxalq rəqabətə davamlılığının artırılması üçün beynəlmiləlləşməsi statusu önəmlidir.

"Report" xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev "Elm və ali təhsilin beynəlmiləlləşməsi" adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu sahədə ali təhsil müəssisələrinin üzərinə ciddi məsuliyyət və iş düşür:

"Dövlətin təhsil, o cümlədən ali təhsil sahəsinə ayırdığı diqqət və imkanların düzgün reallaşdırılması və təqdim edilməsi ali təhsil müəssisələrinin başlıca vəzifələrindən biridir. Ölkənin inkişafı və gələcəyi üçün zəruri insan kapitalının formalaşdırılması prosesində xüsusi rola sahib olan ali təhsil müəssisələrindən beynəlmiləlləşməsi vasitəsilə keyfiyyət gözləntiləri böyükdür".

Y.Rəfiyev bildirib ki, təhsilin beynəlmiləlləşməsi vasitəsilə keyfiyyətin və beynəlxalq rəqabətə davamlılığın artırılması mümkundür:

"İqtisadi tərəfi ilə yanaşı, məsələ həm də keyfiyyətli və standartlara uyğun yerli kadrların hazırlanması üçün kifayət qədər əhəmiyyətlidir. Xarici İşlər və Elm və Təhsil nazirliklərinin icra etdiyi müxtəlif proqramlar çərçivəsində beş il ərzində 80-dən artıq ölkədən çox sayda tələbə Azərbaycanın ali təhsil müəssisələrində oxumaq imkanı qazanıb. Bu təqaüd proqramları təhsilin beynəlmiləlləşməsi və dünyada tanıdılmasına əhəmiyyətli töhfələr verib".

Oxşar xəbərlər

Nazir: Azərbaycanda xarici tələbələrin sayının 20 minə çatdırılması planlaşdırılır
Azərbaycanda təhsil alan xarici tələbələrin sayı açıqlanıb
Prezident: “İstedadlı gənclərimizin xarici ölkələrdə təhsilinə dövlətimiz lazımi dəstəyi təmin edir”
Emin Əmrullayev: Ali təhsil müəssisələrində tədqiqat komponenti bizi hələ də narahat edən məsələdir
Elm və Təhsil Nazirliyi COP29-la əlaqədar tədbirlər planı hazırlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər